Azerbaijan

Xəzər rayonunda şəhid Vüsal İsmayılzadə anıldı

Xəzər rayonunda şəhid Vüsal İsmayılzadə anıldı

Xəzər rayonunda şəhid Vüsal İsmayılzadə anıldı

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayılzadə Vüsal Əlbəndə oğlunun ad günü uyuduğu məzarı önündə qeyd olunub.

Unikal.org xəbər verir ki, keçirilən mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,  qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din xadimləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Millət Vəkili   Rauf Əliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Mərasimdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirib.

Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Referans

Xəzər rayonunda şəhid Vüsal İsmayılzadə anıldı
www.unikal.org

Başa dön tuşu