Azerbaijan

Türkiyədə yanan meşəlik ərazilərdə tinglərin əkilməsinə ilk yağışlardan sonra başlanacaq

Türkiyədə yanan meşəlik ərazilərdə tinglərin əkilməsinə ilk yağışlardan sonra başlanacaq

Türkiyədə yanan meşəlik ərazilərdə tinglərin əkilməsinə ilk yağışlardan sonra başlanacaq

Türkiyədə yanan meşəlik ərazilərdə ilk tinglərin əkilməsinə yağan ilk yağışlardan sonra başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Bu ərazilərin qarşıdan gələn 3-5 il ərzində yenidən yaşıl örtü ilə örtüləcəyini deyən nazir bunun üçün artıq hazırlıqların başladığını vurğulayıb. Bildirilib ki, ölkə əhalisinin sayı əsas götürülərək adam başına üç ting əkiləcək ki, bu da 252 milyon ağaca bərabər olacaq. Bu ərazilərdə yaşıllaşdırma üç mərhələdə aparılacaq. Bəzi ərazilərdə isə təbiət şərtləri nəzərə alınaraq toxumların cücərməsi gözlənəcək.

Referans

Türkiyədə yanan meşəlik ərazilərdə tinglərin əkilməsinə ilk yağışlardan sonra başlanacaq
aqreqator.az

İlgili Makaleler

Başa dön tuşu