Azerbaijan

Səfir: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün xoş niyyət tələb olunur”

Səfir: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün xoş niyyət tələb olunur”

Səfir: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün xoş niyyət tələb olunur”

“Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün çoxlu səylər, diplomatiya və xoş niyyət tələb olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

Səfirin fikrincə, əməkdaşlıq üçün hər bir tərəf ümumi fayda əldə etmək üçün güzəştə getməlidir: “100 il bundan öncə diplomatiya daha real idi, bu gün isə daha da mürəkkəbdir. Çünki təsirlər daha çoxdur. Biz regional prioritetlərə fokuslanmalıyıq”.

F.C.Yazqanın sözlərinə görə, bölgədə ümumi maraqlara əsaslanan və hamının cəlb olunacağı münasibətlər qurulmalıdır: “Regionda elə bir dilomatiya tələb olunur ki, tərəflərə daha çox qarşılıqlı anlaşma və hörmət gətirsin”.

Referans

Səfir: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün xoş niyyət tələb olunur”
aqreqator.az

İlgili Makaleler

Başa dön tuşu