Azerbaijan

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: “Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik”.Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Eləcə də oxuyun:

Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verildi

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları gəmini şərti terrorçulardan azad ediblər

Referans

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
sputnik.az

İlgili Makaleler

Başa dön tuşu