Azerbaijan

Qazaxıstanda böyük enerji blokları sıradan çıxdı

Qazaxıstanda böyük enerji blokları sıradan çıxdı

Qazaxıstanda böyük enerji blokları sıradan çıxdı

Qazaxıstanın şimalında böyük enerji blokları sıradan çıxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərində böyük enerji blokları qəzalı vəziyyətdədir. Bu səbəbdən “Ekibastuz GRES-1 və GRES-2”-də bir neçə saatlıq fasilələrlə 500 meqavat gücündəki böyük enerji blokları bağlanıb. Beləliklə də, üç elektrik stansiyasındakı qəza hallarının ümumi həcmi 1000 meqavatı keçib.

“KEGOC” enerji şirkətinin açıqlamasına görə, mövcud elektrik çatışmazlığı nəzərə alınmaqla, elektrik stansiyalarında baş verən bu fasilələr, dövlətlərarası elektrik ötürücü xətlərinin həddən artıq yüklənməsinə və Rusiya enerji sistemi ilə sərhəddə enerji sapmalarına səbəb olacaq.

Qəzanın qarşısını almaq və enerji sistemində istehsalın azalmasının nəticələrini minimuma endirmək üçün “KEGOC” səhmdar şirkəti Qazaxıstan Energetika Nazirliyi ilə razılaşaraq istehlakçıların elektrik enerjisindən istifadəsini məhdudlaşdırıb. Məhdudiyyətlər yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış qrafiklərə uyğun olaraq tətbiq edilib.

Müşviq Tofiqoğlu

Referans

Qazaxıstanda böyük enerji blokları sıradan çıxdı
aqreqator.az

İlgili Makaleler

Başa dön tuşu