Azerbaijan

Putin Paşinyanla sülh sazişini müzakirə edib?

Putin Paşinyanla sülh sazişini müzakirə edib?

Putin Paşinyanla sülh sazişini müzakirə edib?

Ermənistan hazırda problemlər məngənəsində olduğu üçün Paşinyanın Rusiya səfərinin əsas məqsədi Putindən kömək istəməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, Paşinyan qərbyönümlü siyasətçi olsa da, reallığı dəyişdirmək çox çətindir:

“Paşinyan Ermənistanın istiqamətini Qərbə tərəf çevirmək istəsə də, bu, hazırda qeyri-mümkündür. Çünki ortada olan bir reallıq var. Reallıq da ondan ibarətdir ki, Ermənistan tamamilə Rusiyanın nüfuz dairəsinə daxildir. Digər tərəfdən Rusiya da həm Ermənistanda, həm də ümumilikdə bölgədə özünün milli təhlükəsizlik maraqlarının təmini üçün Paşinyanla işləməyə məcburdur. Başqa bir diqqət çəkən məqam isə odur ki, Ermənistan daxilində də Paşinyana qarşı narazı olan qüvvələr var, həm də Türkiyə və Azərbaycanın çevrələmə siyasəti də onu çətin vəziyyətə salıb. Buna görə də Putinin dəstəyinə ehtiyac duyur. Görüş də sözügedən regional və ikitərəfli məsələlərin həlli üçün təşkil edilib. Fikrimcə, Putin və Paşinyan İlham Əliyevlə yaxın gələcəkdə keçirilməsi planlaşdırılan görüşün, eyni zamanda yekun sülh müqaviləsinin hazırlanması məsələlərinin detallarını da müzakirə ediblər. Qarşıdakı günlərdə proseslərin inkişafı görüş zamanı hansı qərarların verildiyini bizə göstərəcək”.

Referans

Putin Paşinyanla sülh sazişini müzakirə edib?
aqreqator.az

İlgili Makaleler

Başa dön tuşu