Azerbaijan

“NATO təxribatçı “əzələ oyunu” nümayiş etdirir”

“NATO təxribatçı “əzələ oyunu” nümayiş etdirir”

“NATO məqsədyönlü şəkildə Rusiya sərhədləri ətrafında eskalasiya və təxribatlarla məşğuldur”. Azvision.az “RİA Novosti”-yə istinadə xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. O qeyd edib ki, təşkilat təxribatçı “əzələ oyunu” nümayiş etdirir. Xatırladaq ki, bu günlərdə Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın “Defender” esminesi Rusiyanın ərazi sularını pozmuşdu. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi onun qarşısını kəsərək esminesi geri qaytarmışdı. Bundan başqa, iyunun 28-də Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə başlayan “Sea Breeze-2021” təlimləri də hazırda davam edir. Təlimlərə görə Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib. Tural Tağıyev  

Arvadını öldürüb cəsədini çamadanda GİZLƏTDİ

Qızdırma salmaq üçün bu vasitələrdən istifadə etməyin!

© 2021, Aqreqator.

Referans

“NATO təxribatçı “əzələ oyunu” nümayiş etdirir”
aqreqator.az

Başa dön tuşu