Azerbaijan

Məhkəmənin qarşısında arvadını öldürən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

Məhkəmənin qarşısında arvadını öldürən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

Məhkəmənin qarşısında arvadını öldürən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

2021-ci il iyunun 18-də rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Tərtər Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürmüşdür.

Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Referans

Məhkəmənin qarşısında arvadını öldürən müəllimlə bağlı RƏSMİ AÇIQLAMA
www.unikal.org

Başa dön tuşu