Azerbaijan

Daşkəsəndə şadlıq evinin sahibi 4000 manat cərimələnib

Daşkəsəndə şadlıq evinin sahibi 4000 manat cərimələnib

Daşkəsəndə karantin qaydalarını pozan şadlıq evinin sahibi cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə,…

Daşkəsəndə şadlıq evinin sahibi 4000 manat cərimələnib

Daşkəsəndə karantin qaydalarını pozan şadlıq evinin sahibi cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Referans

Daşkəsəndə şadlıq evinin sahibi 4000 manat cərimələnib
www.xezerxeber.az

İlgili Makaleler

Başa dön tuşu