Azerbaijan

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.

DİM-dən Unikal.org-a bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.

Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı və dövlət qulluğuna qəbul imtahanı (B növü) keçiirləcək.

Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Referans

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar
www.unikal.org

İlgili Makaleler

Başa dön tuşu