Azerbaijan

Aİ ikili oynayır:“Ona görə də Cənubi Qafqazda “ofsaytda” qalıb”

Aİ ikili oynayır:“Ona görə də Cənubi Qafqazda “ofsaytda” qalıb”

Aİ ikili oynayır:“Ona görə də Cənubi Qafqazda “ofsaytda” qalıb”

Avropa Komissiyası Şurasının prezidenti Şarl Mişel Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Bu, o deməkdir ki, Aİ Ermənistanda Marşall planını tətbiq edir və faktiki olaraq Ermənistanı satın alır.

Ermənistana 2.6 milyard avroluq yardım paketinin ayrılması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması bir çox suallar doğurur. Avropa İttifaqında yaxşı bilirlər ki, 30 illik işğal dövründə Ermənistan ərazilərimizi tamamilə dağıdıb və talan edib. Oranın bərpası ilə bağlı milyardlarla vəsait tələb olunur. Şarl Mişel Azərbaycana gələndə bu məsələ onun qarşısında qaldırılmalıdır

Necə olur ki, zərər çəkən, 30 illik işğal müddətində ərazilərində daş üstündə daş qalmayan Azərbaycan, yardım alan isə Ermənistandır? Bu Aİ-nın növbəti ikili standartlarıdır.

Mövzu barədə “Sherg.az”a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Avropa İttifaqı hər zaman Ermənistanın kasıb, sözdə müstəqil əslində isə hamıdan asılı və dilənən bir ölkə olduğunu bilir:

“Azərbaycanın isə imkanlı və daha nüfuzlu bir dövlət olduğu bütün dünyaya bəllidir. Ona görə də Aİ kapitalist baxımından belə yatırımlar etdiyini düşünür. Lakin siyasi baxımdan sözügedən qurumun ayrı-seçilik etdiyi və ikili oynadığı göz qabağındadır. Ümumiyyətlə, Avropa Ermənistanı özünə daha yaxın hesab edir. Burada din amili, Türkiyənin Azərbaycanın yanında olması və digər amillər var. Ona görə də Avropa Cənubi Qafqazda “ofsaytda” qalıb. Bu baxımdan itirilmiş mövqelərini geri qaytarmaq üçün öz elitarlarını regiona göndərir və Ermənistana pul ayırır”.

Referans

Aİ ikili oynayır:“Ona görə də Cənubi Qafqazda “ofsaytda” qalıb”
aqreqator.az

İlgili Makaleler

Başa dön tuşu