Azerbaijan

ABŞ Dövlət Departamentinin istəyi ilə Əfqanıstana hərbçilər göndərilir

ABŞ Dövlət Departamentinin istəyi ilə Əfqanıstana hərbçilər göndərilir

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbinin sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. Hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.

ABŞ Dövlət Departamentinin istəyi ilə Əfqanıstana hərbçilər göndərilir

BAKI, 13 avqust – Sputnik. ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.

Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.

Referans

ABŞ Dövlət Departamentinin istəyi ilə Əfqanıstana hərbçilər göndərilir
sputnik.az

İlgili Makaleler

Başa dön tuşu